65 miqrant cəsədi tapıldı

Liviyanın paytaxtı Tripolinin cənub-şərqindəki kütləvi məzarlıq aşkarlanıb.

65 miqrant cəsədi tapıldı
Liviyanın paytaxtı Tripolinin cənub-şərqindəki kütləvi məzarlıq aşkarlanıb.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Liviya Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsi sosial media hesabından məlumat yayıb.

Şuveyrif bölgəsindəki məzarlıqda 65 qeyri-qanuni immiqrantın cəsədi tapılıb.

Ölənlərin milliyyətinin məlum olmadığı bildirilib.

Beynəlxalq Miqrasiya Təşkilatının açıqlamasında görə Aralıq dənizində 2023-cü ildə ən azı 3129 qeyri-qanuni miqrantın öldüyü və ya yoxa çıxdığı qeydə alınıb.