650 min ukraynalı kişi döyüşdən qaçdı - Şok statistika

Rusiyanın Ukraynada genişmiqyaslı müharibəsi başlayandan bəri hərbi xidmətə yararlı 650 mindən çox ukraynalı ölkədən qaçıb.

650 min ukraynalı kişi döyüşdən qaçdı - Şok statistika
Rusiyanın Ukraynada genişmiqyaslı müharibəsi başlayandan bəri hərbi xidmətə yararlı 650 mindən çox ukraynalı ölkədən qaçıb.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Ekspress" nəşri məlumat yayıb.

Bildirilib ki, onlardan müəyyən hissəsinin xaricə çıxışı qadağan olunsa da, saxta sənəd, yaxud qaçaqmalçıların köməyi ilə ölkədən çıxmağı bacarıblar.

Belə ki, rəsmi olaraq 18-60 yaş aralığında 221 min 571 ukraynalı kişi Almaniyada məskunlaşıb. Qeyri-rəsmi rəqəmlərə görə isə, bu say ən azı 100 min çoxdur.

Bundan əlavə, hərbi xidmətdən yayınanlar Avropa Birliyinin digər üzv ölkələrinə, həmçinin, İsveçrə, Lixtenşteyn, Norveçə gediblər.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun