85 yaşlı kişi uşağı bıçaqladı- TƏFƏRRÜAT - VİDEO
13 yaşlı uşaq 85 yaşlı kişi tərəfindən bıçaqlanıb.
meqale.com Xəzər TV-yə istinadən bildirir ki, hadisə Sumqayıtda baş verib.
Uşaq dostları ilə həyətdə oynayarkən, elə həmin binanın birinci mərtəbəsində yaşayan 85 yaşlı Şahhüseyn Qəmbərovun hücumuna məruz qalıb. Bu zaman ayaq nahiyəsindən bıçaq zərbəsi alıb. Yaralı xəstəxanaya çatdırılıb. Müayinə olunduqdan sonra , müalicəsinin ev şəraitində davam etdirilməsinə qərar verilib.
İddialara görə, 85 yaşlı Şahhüseyn Qəmbərovun məhəllədə yaşayan digər uşaqlarla da mübahisə olub.
Məsələyə qonşular da münasibət bildiriblər.
Sumqayıt şəhər Polis İdarəsindən isə bildirilib ki, faktla bağlı araşdırma aparılır.