93 yaşlı media maqnatı ilk dəfə nişanlısı ilə görüntüləndi - FOTO

93 yaşlı əslən amerikalı media maqnatı Rupert Merdok ilk dəfə 67 yaşlı nişanlısı Elena Jukova ilə görüntülənib.

93 yaşlı media maqnatı ilk dəfə nişanlısı ilə görüntüləndi - FOTO
93 yaşlı əslən amerikalı media maqnatı Rupert Merdok ilk dəfə 67 yaşlı nişanlısı Elena Jukova ilə görüntülənib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, cütlük "Breakthrough Prize" elm mükafatlarının təqdimetmə marasiminə birgə qatılıb.

Xatırladaq ki, onların toy mərasimi iyunun 1-də Merdokun Kaliforniyadakı malikanəsində baş tutacaq.

Qeyd edək ki, bir çox KİV-lərdə redaktor, baş redaktor səlahiyyətlərini icra edən Merdok "21st Century Fox" şirkətinin sədri kimi məşhurlaşıb. Bu, media maqnatının beşinci evliliyi olacaq. Onun sərvəti 17 milyard dollar qiymətləndirilir.