A Seriyasında ən bahalı futbolçular AÇIQLANDI
"Transfermarkt" portalı İtaliya A Seriyasında çıxış edən ən bahalı 10 futbolçunun siyahısını dərc edib.
meqale.com-ın xarici KİV-lərə istinadən yaydığı məlumata görə, siyahının ilk pilləsində "İnter" klubunun hücumçusu Lautaro Martines yer alıb. Argentinalı futbolçunun bazar dəyəri 85 milyon avro olaraq qiymətləndirilib.
Reytinqdə ikinci sırada komanda yoldaşı Alessandro Bastoni qərarlaşıb. Onun transfer dəyəri 80 milyon avro göstərilib. İlk üçlüyü isə "Yuventus"un gənc ulduzu Kənan Yıldız 75 milyon avro ilə tamamlayıb.
Dördüncü yerdə "Milan"ın aparıcı futbolçusu Rafael Leao (70 milyon avro), beşinci pillədə isə "Komo"nun üzvü Niko Pas (65 milyon avro) yer alıb.
Siyahının davamında Kristian Pulişiç ("Milan"), Nikolo Barella və Markus Tyuram ("İnter") hər biri 60 milyon avro dəyərlə qərarlaşıb. İlk onluğu "Roma"dan Manu Kone və "İnter"in müdafiəçisi Federiko Dimarko 50 milyon avro ilə tamamlayıb.