“CityNet” “MilliNet 2025” müsabiqəsinin əsas tərəfdaşıdır
Ölkənin aparıcı internet provayderi "CityNet" Milli İnternet Mükafatı -"MilliNet 2025" müsabiqəsinin əsas tərəfdaşıdır. Əməkdaşlıq sayəsində "CityNet" ölkədə ən yaxşı rəqəmsal resursların üzə çıxarılması, rəqəmsal sektorda rəqabətli mühitin təşviqi və Azərbaycanda rəqəmsal sahənin inkişafı prosesinə öz töhfəsini verir.
"Millinet 2025" müsabiqəsinə 14 nominasiya üzrə ümumilikdə 179 rəqəmsal resurs təqdim edilib və onlardan qaydalara uyğun olan 148 resurs 1-ci mərhələ üzrə səsvermədə iştirak hüququ qazanıb. "İlin rəqəmsal siması" xüsusi nominasiyasına isə 7 namizəd irəli sürülüb.
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən "MilliNet" müsabiqəsinin final mərhələsi və qaliblərin mükafatlandırılma mərasimi 15 dekabr tarixində keçiriləcək.
Qeyd edək ki, "CityNet" "MilliNet" kimi müsabiqələrin tərəfdaşı olmaqla yerli startapların tanıdılması və IT sahəsində fəaliyyət göstərən istedadlı gənclərin peşəkar inkişafına dəstək olur.
"CityNet" haqqında
Azərbaycanın aparıcı internet provayderi olan "CityNet" (ticarət nişanı "Uninet" MMC-yə məxsusdur) yüksəksürətli sabit internet, telefon xətti və rəqəmsal TV xidmətləri təqdim edir. "CityNet" Bakı şəhəri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində geniş xidmət şəbəkəsinə malikdir. Şirkət barədə daha ətraflı məlumatı www.citynet.az saytından əldə etmək olar.
"Uninet" MMC müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibində olan "Azerconnect Group"a daxildir.