Abdullahianı kim əvəz edəcək?
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın vəzifəsini onun müavini Əli Baqeri Kəni icra edəcək.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Bəhadori Cəhromi deyib.
Onun sözlərinə görə, bununla əlaqədar bu gün (20 may) Nazirlər Kabinetinin iclasında qərar qəbul edilib. Qərara əsasən Əli Baqeri Kəni hökumətin xarici məsələlər üzrə əlaqələr komitəsinin məsul şəxsi təyin olunub.