Aborta razı olmayan hamilə arvadını öldürdü
Böyük Britaniyada hamilə qadın amansızlıqla öldürülüb.
meqale.com bildirir ki, hadisə paytaxt Londonun Uolthemstou rayonunda baş verib.
47 yaşlı Şeyn Març 32 yaşlı sevgilisi Alana Odissosu bıçaqlayaraq öldürüb. Qadın hamiləliyini dayandırmaqdan imtina etdiyinə görə kişi bu addımı atıb.
Qonşular hadisədən əvvəl qadının "mən uşağımı öldürmək istəmirəm" deyə qışqırdığını eşidiblər. İstintaqın məlumatına görə, cütlük dörd ay davam edən zorakı münasibətdə olub. Qətl idman ayaqqabısının qaytarılması ilə bağlı mübahisədən başlayıb, daha sonra qadının hamiləliyi üzərindən yaranan münaqişəyə çevrilib.