ABŞ-da atışma olub, yaralılar var
ABŞ-ın Miçiqan ştatında atışma nəticəsində ən azı doqquz nəfər yaralanıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, hadisə Roçester-Hills şəhərində baş verib.
Şübhəli şəxs təxminən 28 dəfə atəş açıb. Polisin məlumatına görə, şübhəli şəxs hadisə yerinin yaxınlığında saxlanılıb.
Atışmanın səbəbi barədə məlumat yoxdur.