Sietldə atışma olub, 5 nəfər yaralanıb
ABŞ-ın Sietl şəhərində (Vaşinqton ştatı) avtomobil dayanacağında baş verən atışma nəticəsində 5 nəfər yaralanıb.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Kiro 7" telekanalı məlumat yayıb.
Bildirilib ki, yaralılardan dördü xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.
Telekanalın məlumatına görə, 2 nəfər atəş açıb.
Şübhəlilər haqqında əlavə məlumat verilmir.