ABŞ-dan İrana: Dərhal tankeri azad edin
ABŞ İranı "St Nikolas" neft tankerini və heyətini dərhal azad etməyə çağırıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel bildirib.
Patel gəminin ələ keçirilməsinin qanunsuz olduğunu vurğulayıb. O qeyd edib ki, İranın bu cür hərəkətləri beynəlxalq ticarəti pozmağa yönəlib.
Xatırladaq ki, İran hərbi dəniz qüvvələri Oman körfəzində Amerika neft tankerini məhkəmənin qərarı ilə saxladığını təsdiqləmişdi.