ABŞ-də 22 nəfəri öldürən şəxs intihar etdi
ABŞ-nin Men ştatının Lyuiston şəhərində 22 nəfərin ölümü ilə nəticələnən atışmada şübhəli bilinən ehtiyatda olan hərbçi, 40 yaşlı Robert Kard iki günlük axtarışlardan sonra ölü tapılıb.
meqale.com oxuya istinadən xəbər verir ki, Kardın cəsədi atışma baş verən yerdən təxminən 8 mil aralıda, Lisbon şəhəri yaxınlığındakı meşədə tapılıb. Hüquq-mühafizə orqanlarındakı mənbə qeyd edib ki, həmin yer Kardın bu yaxınlarda işdən çıxarıldığı tullantıların təmizlənməsi zavodunun yaxınlığındadır.
Yerli mətbuatda onun intihar etdiyi yazılır.
Kardın ölümü sonradan dövlət orqanları tərəfindən təsdiqlənib.
Men qubernatoru Canet Mills bu barədə ABŞ Prezidenti Co Baydenə və ştatın konqres nümayəndə heyətinə məlumat verdiyini bildirib.