ABŞ-də atışma olub, ölən var

ABŞ-nin Santa Klara şəhərində (Kaliforniya ştatı) atışma nəticəsində bir nəfər ölüb.

ABŞ-də atışma olub, ölən var
ABŞ-nin Santa Klara şəhərində (Kaliforniya ştatı) atışma nəticəsində bir nəfər ölüb.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə şəhər polis idarəsi çərşənbə axşamı "X"də xəbər yayıb.

Məlumata görə, polis atəş barədə xəbərlərə görə əraziyə gəlib və şübhəli şəxsi çağırış ünvanında evdə saxlayıb. Evin içində bir nəfərin meyiti aşkarlanıb.

Hadisənin səbəbləri aydınlaşdırılır, araşdırmalara başlanılıb.