ABŞ-də baş verən atışma terror aktı sayılmır

ABŞ-nin Men ştatında baş verən atışma terror aktı kimi qiymətləndirilmir.

ABŞ-də baş verən atışma terror aktı sayılmır
ABŞ-nin Men ştatında baş verən atışma terror aktı kimi qiymətləndirilmir.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə ştatın İctimai Təhlükəsizlik Departamentinin rəhbəri Maykl Sasçaka məlumat verib.

Yüzlərlə hüquq-mühafizə orqanı əməkdaşı hadisəni törədən şəxsin axtarışına cəlb olunub.

"ABC News"un məlumatına görə, şübhəli şəxs Robert Kart keçmiş hərbçi olub və odlu silahlar üzrə təlimatçıdır.