ABŞ-də helikopter radio qülləsinə çırpıldı - Ölənlər var - VİDEO

ABŞ-ın Texas ştatında helikopter radio qülləsinə çırpılıb.

ABŞ-də helikopter radio qülləsinə çırpıldı - Ölənlər var - VİDEO
ABŞ-ın Texas ştatında helikopter radio qülləsinə çırpılıb.

meqale.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində biri uşaq olmaqla 4 nəfər həlak olub.

KİV-in məlumatına görə, qüllənin işıqları işləməyib və Federal Aviasiya Administrasiyası bu barədə xəbərdarlıq edib.

Cəsədlərin şəxsiyyətinin və qurbanların yaşlarının müəyyən edilmədiyini də bildiriblər.

Qəzanın baş verdiyi an yaxınlıqdakı təhlükəsizlik kamerasına düşüb.