ABŞ-də imam məscid yaxınlığında atışma zamanı ağır yaralanıb
ABŞ-nin Nyu-Cersi ştatının Nyuark şəhərində məscid yaxınlığında baş verən atışmada ibadət evinin imamı ağır yaralanıb.
meqale.com report.az-a istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 06:15 (Bakı vaxtı ilə saat 15:15) radələrində "Məhəmməd" məscidinin yaxınlığında baş verib. Adı açıqlanmayan imam (namaz rəhbəri və ruhani - red.) xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Polis hadisə ilə bağlı araşdırma aparır.
Atışmanın təfərrüatı açıqlanmır.