ABŞ-də konsert zamanı atışma: Ölənlər var

ABŞ-nin Texas ştatının Raund-Rok şəhərində konsert zamanı atışma baş verib, azı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

ABŞ-də konsert zamanı atışma: Ölənlər var
ABŞ-nin Texas ştatının Raund-Rok şəhərində konsert zamanı atışma baş verib, azı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə yerli polis məlumat yayıb.

Qeyd olunub ki, konsertdə iki tamaşaçı qrupu arasında dava düşüb və kimsə atəş açıb. Nəticədə bu mübahisədə iştirak etməyən şəxslər həlak olublar.

Həkimlər yaralılara ilkin tibbi yardım göstəriblər və onlar xəstəxanalara aparılıblar.

Faktla bağlı araşdırma aparılır.