ABŞ-də körpü uçdu - yük qatarının vaqonları çaya düşdü - FOTO
ABŞ-də şənbə günü yük qatarı keçərkən dəmir yolu körpüsü uçub, gübrə istehsalında istifadə olunan kimyəvi maddə daşıyan bir vaqon Marys çayına düşüb. meqale.com xəbər verir ki, hadisə şənbə günü günorta saatlarında Corvallis şəhərindəki Avery Park yaxınlığında baş verib.
19 vaqondan ibarət qatar körpüdən keçərkən körpü uçub, lakin xəsarət alan olmayıb.
Bazar günü günortaya qədər vaqon hələ də çayda idi. Körpünün uçduğu ərazidə ekipajlar vaqonların boşaldılması və çıxarılması işləri ilə məşğul olublar.
Corvallis Polis İdarəsi Marys çayına urea (gübrə istehsalında istifadə edilən kimyəvi birləşmə) qarışa biləcəyi ehtimalına görə sakinlərə çaya daxil olmamaq barədə xəbərdarlıq edib.
Təcili yardım qrupları çayda mümkün sızmaların qarşısını almaq üçün xüsusi baryerlər quraşdırır.