ABŞ-dən İrana maksimum təzyiq

"Fevralın 4-də ABŞ Prezidenti Donald Tramp İrana qarşı maksimum təzyiq siyasətinə dair sənədi imzaladı. Bununla da Tramp səlahiyyətlərinin icrasına başlamasından cəmi iki həftə sonra İrana qarşı əvvəlki prezidentliyi dövründə yürütdüyü siyasəti davam etdirmək əzmini ortaya qoydu. Amma onu da bildirdi ki, İranla yeni razılaşma əldə olunması tədqirində bu sənədin icra olunmayacağına ümid edir".

meqale.com-ın verdiyi məlumata görə, bu barədə "Azad İran" "YouTube" kanalının yayımladığı videosüjetdə bəhs edilir.

Bildirilir ki, Tramp eyni zamanda, sələfi Co Baydenin ünvanına sərt tənqidlər səsləndirib və bildirib ki, o, İrana qarşı sanksiyaların icrasını zəiflətməklə Tehran hakimiyyətinin cəsarətlənməsinə şərait yaradıb:

"Nəticədə İran neft sataraq pul əldə edib və həmin pulla həm öz nüvə proqramını, həm də proksi qüvvələri vasitəsilə regional təsirini genişləndirməyə nail olub. Sənədin əsas məqsədi də İran rejiminin bu iki istiqamətdə fəaliyyətini cilovlamaq, necə deyərlər, əl-qol açmasına imkan verməməkdir. Bunun üçün isə İranın neft ixracının qarşısının alınması əsas hədəf kimi qoyulur".