ABŞ dünyada uçan avtomobilə ilk etibarlılıq sertifikatını verib
Uçan avtomobil hazırlayan Amerikanın "Alef Aeronautics" şirkəti belə bir avtomobil üçün dünyada ilk uçuşa yararlılıq sertifikatı alıb.
meqale.com oxuya istinadən bildirir ki, bu barədə şirkətdən məlumat verilib.
Sertifikat ABŞ Federal Aviasiya Administrasiyası tərəfindən təqdim olunub. Beləliklə, avtomobil ABŞ səlahiyyətlilərindən uçmaq üçün qanuni icazə alıb.