ABŞ ilə belə bir şey planlaşdırılmayıb - Peskov
Rusiya ilə ABŞ arasında strateji sabitlik və silahlanmaya nəzarət məsələləri üzrə təmaslar hələ ki, planlaşdırılmır.
meqale.com Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
O bu barədə planların hələ ki olmadığını, lakin buna ehtiyac olduğunu deyib.
Peskov Rusiya prezidentinin də onlayn iştirak etdiyi "G20" ("Böyük İyirmilik") sammitini şərh edərək "Böyük İyirmilik" ölkələrinin liderlərinin Ukrayna məsələsi üzrə mövqelərinin fərqli olduğunu və çıxışlarında fərqli fikirlər irəli sürdüyünü, Rusiya prezidentinin isə bu fikirlərə cavab olaraq geniş qiymətləndirmə verdiyini deyib.
Kreml nümayəndəsi ABŞ prezidenti Co Baydenin sammitdə iştirak etməməsinin sammitin ab-havasına və yekun qərarlarına təsir göstərmədiyini bildirib.