ABŞ-ın Suriyadakı bazası hücuma məruz qalıb

"İraqın İslami Müqaviməti" silahlı təşkilatının nümayəndələri ABŞ-ın Suriyadakı "Ət-Tanf" bazasına hücum etdiyini açıqlayıb.

ABŞ-ın Suriyadakı bazası hücuma məruz qalıb
"İraqın İslami Müqaviməti" silahlı təşkilatının nümayəndələri ABŞ-ın Suriyadakı "Ət-Tanf" bazasına hücum etdiyini açıqlayıb.

meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə TASS hərəkatın sosial şəbəkələrinə istinadən xəbər verir.

Açıqlamaya görə, ABŞ-ın Suriyadakı hədəflərinə hücum İsrailin Qəzza zolağındakı hərəkətlərinə cavab, eləcə də Amerikanın İraq və Yaxın Şərqin ətraf bölgələrində işğalına qarşı ümumi səylərin bir hissəsidir.

Hansı zərbənin vurulduğu məlum deyil. "Ət-Tanf" bazası Suriyanın cənub-şərqindəki eyniadlı qaçqın düşərgəsindədir - Amerika hərbçiləri BMT-nin mandatı və Suriyanın beynəlxalq səviyyədə tanınmış hakimiyyət orqanlarının dəvəti olmadan, qeyri-qanuni olaraq Ərəb Respublikasının ərazisində yerləşir.