ABŞ İsrailə qırıcı təyyarələr göndərdi
ABŞ İsrailə qırıcı təyyarələr göndərib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ABŞ-nin göndərdiyi "A-10" təyyarələri artıq Yaxın Şərqdədir.
Bundan başqa, Birləşmiş Ştatlar İsrailə "F-35 Lightning II", "F-15 Eagle" və "F-16 Fighting Falcon" təyyarələri də göndərəcək.
Qeyd edək ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı (CENTCOM) İsrailə "F-15E Strike Eagle" qırıcılarının göndərildiyini bildirib.