ABŞ-la birlikdə yeni AES tikəcəyik - Qriqoryan
Ermənistan ABŞ ilə birlikdə yeni Atom Elektrik Stansiyası (AES) tikməyi planlaşdırır.
meqale.com axar.az-a istinadən bildirir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan "Ermənistan - Qərb Tərəfdaşlığı - Avropa İttifaqı, çağırışlar və imkanlar" adlı panel müzakirəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, danışıqlar vacib mərhələyə keçib.