ABŞ ordusu Sakit okeanda gəmilərə zərbələr endirdi: ölənlər var

ABŞ ordusu beynəlxalq sularda narkotik kartelləri tərəfindən istifadə edildiyi iddia olunan üç gəmiyə zərbələr endirib.

ABŞ ordusu Sakit okeanda gəmilərə zərbələr endirdi: ölənlər var
ABŞ ordusu beynəlxalq sularda narkotik kartelləri tərəfindən istifadə edildiyi iddia olunan üç gəmiyə zərbələr endirib.

meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində üç nəfər öldürülüb.

"Kəşfiyyat məlumatlarına əsasən, gəmilərin məlum narkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət etdiyi və narkotik maddələr daşıdığı təsdiqlənib", - deyə komandanlıqdan bildirilib.

Qeyd olunub ki, ölənlərin hamısı eyni gəminin göyərtəsində olub. Digər gəmilərdə olanlar isə əməliyyatdan əvvəl gəmini tərk edərək, ərazidən uzaqlaşıblar. Bundan sonra ABŞ hərbçiləri həmin gəmiləri batırıblar, qaçan şəxslərin axtarışı və xilas edilməsi üçün sahil mühafizəsinə məlumat verilib.