Tramp və ailəsinin sərvəti ARTDI
ABŞ Prezidenti Donald Tramp və ailəsinin sərvəti bir il yarımdan az müddətdə təxminən 70 faiz artıb.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Blumberq" yazıb.
Bildirilib ki, Tramp ailəsinin sərvəti hazırda 6,8 milyard dollar civarında qiymətləndirilir.
Təkcə 2025-ci ildə ABŞ prezidentinin ailəsinin xalis sərvətinin təxminən 282 milyon dollar artdığı təxmin edilir.