ABŞ ordusunun iki generalı Ermənistana gedib

ABŞ ordusunun iki generalı hazırda davam edən "EAGLE PARTNER 2023" hərbi təlimləri çərçivəsində Ermənistana səfər ediblər.

ABŞ ordusunun iki generalı Ermənistana gedib
ABŞ ordusunun iki generalı hazırda davam edən "EAGLE PARTNER 2023" hərbi təlimləri çərçivəsində Ermənistana səfər ediblər.

meqale.com xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Ermənistandakı səfirliyi yayıb. 

Məlumata görə, general-mayor Qreqori Anderson və briqada generalı Patrik Eli ABŞ səfiri Kristina Kvin ilə birgə təlimləri izləyiblər. 

Xatırladaq ki, Ermənistan ərazisində ABŞ ilə birgə keçirilən hərbi təlimlər sentyabrın 11-i başlayıb və ayın 20-nə qədər davam edəcək. Təlimlərdə 175 erməni və 85 amerikalı hərbçi iştirak edir.