ABŞ Rusiyaya kosmosda cavab verməyə hazırlaşır
ABŞ Rusiyanın kosmosa nüvə bombası yerləşdirmək planlarına cavab hazırlamağa başlayıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin rəhbəri Mayk Törner deyib.
Törner bildirib ki, Rusiyanın kosmik nüvə proqramı var və bu, ABŞ-ın milli təhlükəsizliyinə çox ciddi təhlükə yaradır:
"Milli təhlükəsizlik müşaviri Sallivan ilə görüşdük. O, bu problemi həll etməyə kömək edəcək bir plan hazırlamağa başladı".