ABŞ və İsrail müdafiə nazirləri telefonla danışdı

ABŞ-nin müdafiə naziri Llyod Ostinlə israilli həmkarı Yoav Qallant arasında telefon danışığı olub.

ABŞ və İsrail müdafiə nazirləri telefonla danışdı
ABŞ-nin müdafiə naziri Llyod Ostinlə israilli həmkarı Yoav Qallant arasında telefon danışığı olub.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayderin yaydığı bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, Ostin Qallanta "ABŞ-nin İsrailə sarsılmaz dəstəyi" haqqında deyib.

Pentaqon nümayəndəsinin söylədiyinə görə, müdafiə nazirləri "yaxın gün və həftələrdə əlaqə saxlamağa razılaşıblar".

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.