Son 10 ilin ən böyük almazı çıxarıldı - FOTO
Yakutiyanın Anabar bölgəsindəki Mayat almaz mədənində son 10 ilin ən böyük qiymətli daşı hasil edilib.
meqale.com oxuya istinadən bildirir ki, mədəni "ALROSA"nın törəmə şirkəti "Almazı Anabara" işlədir.
Məlumata görə, daşın çəkisi 390,7 karatdır.
Qeyd olunur ki, tapılan almaz qeyri-standart formalı açıq kristal olub, sarı-qəhvəyi çərçivə ilə haşiyələnir. O, kütlə, forma və rənginə görə unikaldır.
Bundan əvvəl, 401 karat ağırlığında ən böyük qiymətli almaz on il əvvəl, 2013-cü ildə tapılmışdı.