Abşeronda yanğın

Abşeron rayonunun Qobu qəsəbəsində ev yanıb.

Abşeronda yanğın
Abşeron rayonunun Qobu qəsəbəsində ev yanıb.

Bu barədə meqale.com-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 110 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin üç otağının və dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.