Yaşar Gülər Azərbaycana gəlib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Azərbaycana gəlib.

Yaşar Gülər Azərbaycana gəlib
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Azərbaycana gəlib.

meqale.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" hesabında paylaşım edilib.

Yaşar Güləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və digər rəsmi şəxslər qarşılayıblar. Nazirə səfərdə Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı oramiral Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu və Quru Qoşunları komandanı ordu generalı Metin Tokel müşayiət edirlər.