Acun Ilıcalı da etirazlarda zərər görüb?
İngiltərədəki etirazlar Çempionşipdə çıxış edən "Hall Siti" klubuna da təsir edib.
meqale.com publika.az-a istinadən xəbər verir ki, Southparkda üç qızın bıçaqlanmasından sonra İngiltərədə etiraz aksiyaları başlayıb. Etirazlardan ən çox təsirlənən şəhərlərdən biri də türkiyəli televiziya aparıcısı Acun Ilıcalının futbol komandası "Hall Siti"nin təmsil etdiyi Hall şəhəri olub.
Şəhərdə baş verən hadisələr zamanı bir çox iş yeri talan edilərək yandırılıb, 3 polis əməkdaşı yaralanıb. Etirazlar zamanı klubun infrastrukturuna ziyan dəyib-dəymədiyi haqda məlumat verimir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun