Adəm Məmmədov həbsdə qaldı
Təhqir və böhtan ittihamları ilə həbs edilmiş tanınmış vəkil Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədovun apellyasiya şikayətinə baxılıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda qərar açıqlanıb.
Məhkəmə Adəm Məmmədov və qardaşına verilmiş cəzanı qanuni hesab edərək hökmün qüvvədə saxlanılmasına qərar verib. Bununla hökm qanunu qüvvəyə minmiş hesab olunur. Adəm Məmmədov yaxın günlərdə cəzasının qalan hissəni çəkmək üçün cəzaçəkmə müəsisəsinə köçürülməlidir.