Nərimanov yaxın vaxtlarda belə görünəcək - FOTOlar

Nərimanov metrosu ətrafında yeni infrastruktur layihəsi planlaşdırılır.

Nərimanov yaxın vaxtlarda belə görünəcək - FOTOlar
Nərimanov metrosu ətrafında yeni infrastruktur layihəsi planlaşdırılır.

"28 May" stansiyası ətrafında uğurla həyata keçirilmiş infrastruktur yenilənməsindən sonra, növbəti bənzər təşəbbüsün Nərimanov rayonunda, Təbriz küçəsi boyunca reallaşa biləcəyi bildirilir.

Yeni konseptual layihəyə əsasən, məqsəd müasir və insan mərkəzli mühit yaratmaqdır. Hazırda avtomobil sıxlığı ilə diqqət çəkən Təbriz küçəsi, yenidənqurma işlərindən sonra həm sürücülər, həm də piyadalar üçün tarazlı və təhlükəsiz mühit təqdim edəcək.

Geniş piyada səkiləri, müasir işıqlandırma sistemləri və maneəsiz hərəkət imkanları sayəsində küçə sakinlər üçün rahat gəzinti və istirahət məkanı olacaq.

Layihənin daha ətraflı detalları yaxın günlərdə ictimaiyyətə açıqlanacağı gözlənilir.