AEBA: Zaporojye AES-də nüvə təhlükəsizliyi ilə bağlı vəziyyət pisləşib

Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığına edilən PUA hücumundan sonra ərazidə nüvə təhlükəsizliyi ilə bağlı vəziyyət pisləşib.

meqale.com APA-ya istinadən xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik məlumat yayıb.

"AES-in perimetri boyu yolda PUA zərbəsi fonunda vəziyyət daha da pisləşir", - agentliyin saytında dərc olunan press-relizdə deyilir.

Agentlik qeyd edib ki, hücum nəticəsində insan tələfatı və ya stansiya avadanlıqlarına ziyan dəyməyib, lakin yola ziyan vurulub.