AFFA prezidenti xarici həmkarları ilə görüşdü
Bu gün Tailandın paytaxtı Banqkokda FIFA-nın 74-cü Konqresi keçirilib.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf tədbir çərçivəsində bir sıra görüşlər keçirib.
O, Türkiyə, ABŞ, Fransa, Gürcüstan, Belarus, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Çexiya, Şotlandiya, Uels və Şimali İrlandiya futbol federasiyalarının rəhbərliyi ilə görüşüb. Görüşlər zamanı müxtəlif mövzularda fikir mübadiləsi aparılıb, gələcəkdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.