"Barselona"nın Levandovski planı
"Barselona" rəhbərliyi futbolçusu Robert Levandovskini klubu tərk etməməsi üçün oyunçunun müqaviləsini uzatmaq variantını nəzərdən keçirir.
meqale.com qol.az-a istinadla xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanı klubları polşalı hücumçu ilə fəal maraqlanır. Klublar 35 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsinin bitməsinə 1 il qaldığı gələn yay onu transfer etməyə çalışacaq.
Kataloniya təmsilçisinin Levandovski ilə müqaviləni daha bir il uzada biləcəyi vurğulanır. Bunun baş verib-verməyəcəyi futbolçunun oyun səviyyəsindən və klubda qalmaq istəyinin olub-olmamasından asılıdır. Hazırda Levandovski "Barselona"da xoşbəxtdir.