AFFA qadın futbolçunu cəzalandırdı
AFFA Yüksək Qızlar Liqasının "Baku Juniors" klubunun futbolçusu Xanmana Əhmədova 4 oyunluq diskvalifikasiya olunub.
meqale.com xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar verilib.
Buna səbəb Əhmədovanın martın 22-də evdə "Dirçəliş"ə qarşı oyununun 28-ci dəqiqəsində etdiyi təcavüzkar davranış olub.