Ağ Ev elit bölməni deşifrə etdi: dərhal sildilər - FOTO
Ağ Ev səhvən HƏMAS tərəfindən girov götürülmüş şəxsləri tapmaq və xilas etmək üçün çalışan elit ABŞ əsgərlərinin şəxsiyyətini deşifrə edib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Ağ Evin İnstaqram hesabında paylaşım edilib.
Belə ki, səhifədə Baydenin ordunun terrorla mübarizə bölməsindən bir əsgərin əlini sıxdığı anın görüntüsü paylaşılıb. Həmin fotoda ABŞ-ın "Delta Force" xüsusi təyinatlı döyüşçülərindən olan digər üç əsgərin də üzü aydın şəkildə görünüb.