Ağ Evin Ukraynaya yardım üçün vəsaiti tükəndi

"ABŞ-ın öz silah ehtiyatlarını doldurmaq üçün təxminən bir milyard dolları qalıb".

Ağ Evin Ukraynaya yardım üçün vəsaiti tükəndi
"ABŞ-ın öz silah ehtiyatlarını doldurmaq üçün təxminən bir milyard dolları qalıb".

meqale.com Publika.az-a istinadən xəbər verir ki, bunu Ağ Evin İdarəetmə və Büdcə İdarəsinin rəhbəri Şalanda Yanq CBS telekanalına müsahibəsində deyib.

"Büdcə nöqteyi-nəzərindən öz arsenalımızı doldurmaq üçün təxminən bir milyard dollarımız qalıb. Hər şey siyasi qərardan asılıdır. Dünyadakı vəziyyət çətinləşdikcə öz təhlükəsizliyimizi riskə atmalıyıq?" - Ağ Evin departament rəhbəri qeyd edib.

Onun fikrincə, Vaşinqton özünün döyüş hazırlığını təmin etmək və Kiyevi maliyyələşdirmək arasında seçim etməməlidir:

"Konqres Ukrayna kimi müttəfiqlərimizi dəstəkləyərkən milli təhlükəsizliyimizi təmin edə bildiyimizi təmin etməlidir".