Ağalıya köçən sakin: Zəngilandan zorla ayrıldığım günləri indi də xatırlayıram
Ermənilərin təcavüzü nəticəsində Zəngilandan zorla ayrıldığım 1993-cü ili indiki kimi xatırlayıram, çox çətin günlər idi. Bu gün isə yurdumuza qayıdırıq. Allah şəhidlərimizə rəhmət etsin, onların sayəsində torpaqlarımız işğaldan azad olundu.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri müsahibəsində doğma yurduna qayıdan Zəngilan rayonunun Ağalı kənd sakini Zeynəb Alıyeva söyləyib.
Zəngilandan oktyabr ayında ayrıldığını bildirən Z. Alıyeva deyib: "Təxminən otuz ildən sonra eyni ayda- oktyabrda məcburi köçkün düşdüyümüz doğma yerlərə gedirik".
meqale.com