Ağdam, Füzuli və Xocavənddə 30 minlik layihə
Ağdam, Füzuli və Xocavənd şəhərlərində təməlqoyma mərasimlərinin təşkili layihələri üzrə müəyyən işlərə başlanılır.
meqale.com Trend-ə istinadən xəbər verir ki, qeyd olunan şəhərlərdə sözügedən layihələr üzrə ərazinin hazır vəziyyətə gətirilməsi üçün torpaq və şaquli planlaşdırma işləri həyata keçiriləcək.
Artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində hazırlıq işləri yekunlaşıb.
Qurum sözügedən işlərin icrasını "Kontur Arxitektura Layihə-Sənaye" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, şirkətə 29,5 min manat ödənilib.