"Ağdam şəhərində 20 min nəfərin məskunlaşması nəzərdə tutulub"
Gələn ildən işğaldan azad edilmiş ərazilərə qayıdış prosesi intensivləşəcək.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Qarabağda böyük bərpa-quruculuq işləri görülür.
"Artıq 3 mindən çox keçmiş məcburi köçkünümüzün ailələri öz doğma torpaqlarına qayıdıb. 34 min 500 ailədən 16 min ailə Qarabağ iqtisadi rayonuna köçürülməsi nəzərdə tutulur. Ağdam şəhərində 20 min nəfərin məskunlaşması nəzərdə tutulub. Bununla bağlı artıq şəhərdə layihələndirmə işləri yekunlaşmaq üzrədir və tikinti işləri başlayıb. Şəhərdə 5 məhəllənin inşası nəzərdə tutulur.