Ağdamda 10 hektara yaxın narkotik plantasiyası aşkarlandı - FOTO
Lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə keçən daha bir ərazidə narkotik plantasiyası aşkarlanıb.
Ağdam rayonunun Sırxavənd kəndi ərazisində 10 hektara yaxın ərazidə kultivasiya yolu becərilmiş çətənə plantasiyası aşkar edilib. Hazırda DİN əməkdaşları plantasiya salınmış əraziyə ümumi baxış keçirir.
Separatçılar tərəfindən plantasiya ərazisi mühafizə zonasına daxil olub. Ərazidə gözətçi qülləsi var və silahlı mühafizəçilər ərazidə xidmət aparıblar. Əlavə olaraq ərazidə 4 ədəd "Kalaşnikov" avtomatı aşkarlanıb.
Ərazidən görüntüləri təqdim edirik: