Ağdamda avtomobillər “KamAz”a çırpıldı - Yaralılar var

Ağdamda 2 minik avtomobili "KamAz"​la toqquşub.

Ağdamda avtomobillər “KamAz”a çırpıldı - Yaralılar var
Ağdamda 2 minik avtomobili "KamAz"​la toqquşub.

meqale.com xəbər verir ki, qəza Hindarx-Borsunlu avtomobil yolunun Quzanlıdan keçən hissəsində baş verib.

"VAZ 2106" və "Lada Xəzər" markalı avtomobillər hərəkətdə olarkən daşla yüklənmiş "KamAz"a çırpılıblar.

Hadisə nəticəsində 3 nəfər yaralanıb.

Onlar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.