Ağdamda minaya düşən şəxsin vəziyyəti ağırdır

13:51 Ağdamda minaya düşən şəxs əməliyyat olunur.

Ağdamda minaya düşən şəxsin vəziyyəti ağırdır
13:51 Ağdamda minaya düşən şəxs əməliyyat olunur.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Bərdə rayon mərkəzi xəstəxanasının həkimi Rasim Abdullayev deyib.

"Bugün saat 11:36 radələrində Ağdam rayon təcili yardım şöbəsinin əməkdaşları tərəfindən Bərdə rayon mərkəzi xəstəxanasına Ağdam rayonunda minaya düşmə hadisəsi ilə bağlı 1995-ci il təvəllüdlü kişi cinsli xəstə gətirilmişdir. Xəstəyə hər iki ayağın travmatik amputasiyası və partlayış travması diaqnozu qoyulub. Xəstəyə ilkin yardım və müayinələrdən sonra xəstə təcili olaraq əməliyyata qaldırıldı. Hal-hazırda əməliyyatdadır, vəziyyəti ağır olaraq qiymətləndirilir", - deyə Abdullayev bildirib.

--------- 11:57 2024-cü il 3 mart tarixində Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində mina hadisəsi baş verib.

meqale.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

1995-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Bəxtiyar Yaqub oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində hər iki ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyyə edilib.