Ağdaşda silah-sursat tapıldı - FOTO
Ağdaşda avtomat aşkarlanıb.
Bu barədə meqale.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupu məlumat verib.
Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinə şəhər ərazisindən silah-sursat tapılması barədə məlumat daxil olub.
Sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "AKM" markalı avtomat, həmin silaha aid daraq və 7 ədəd patron aşkarlanaraq götürülüb.