Ağdərə rayonunun yeni ərazisi müəyyən edilir

Ağdərə rayonu Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil ediləcək.

Ağdərə rayonunun yeni ərazisi müəyyən edilir
Ağdərə rayonu Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil ediləcək.

meqale.com xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" yeni qanun layihəsində əksini tapıb. Qanun layihəsinə görə, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla inzibati sərhədlər daxilində Ağdərə rayonu yaradılacaq.

Yeni yaradılacaq rayonun tərkibinə aşağıdakı yaşayış məntəqələri daxil ediləcək:

- Ağdam rayonunun Baş Güneypəyə kəndi inzibati ərazi dairəsi tərkibindəki Baş Güneypəyə kəndi, Xatınbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Xatınbəyli kəndi, Məlikli kənd inzibati ərazi dairəsi tərkibindəki Məlikli və Qazançı kəndləri, Orta Güneypəyə kənd inzibati ərazi dairəsi tərkibindəkiOrta Güneypəyə kəndi, Sırxavənd kənd inzibati ərazi dairəsi tərkibindəki Sırxavənd, Ballıqaya, Bəşirlər, Qaraşlar kəndləri, Yeni Qaralar kənd inzibati ərazi dairəsi tərkibindəki Yeni Qaralar kəndi;

- Tərtər rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsi tərkibindəki Ağdərə şəhəri, Ağabəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Ağabəyli kəndi, Canyataq kənd inzibati ərazi dairəsi tərkibindəki Canyataq və Gülyataq kəndi, Çardaqlı kənd inzibati ərazi dairəsi tərkibindəki Çardaqlı, Lüləsaz və Meqrelalay kəndləri, Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Həsənqaya, Çiləbürt, Göyarx və Maralyansarov kəndləri, Kiçik Qarabəy kənd inzibati ərazi dairəsi tərkibindəki Kiçik Qarabəy kəndi, Qızıloba kənd inzibati ərazi dairəsi tərkibindəki Qızıloba, Seysulan və Yarımca kəndləri, Aşağı Ortatağ kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Ortatağ, Qasapet və Dəmirli kəndləri, Şıxarx qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şıxarx qəsəbəsi, Talış kənd inzibati ərazi dairəsi tərkibindəki Talış kəndi, Ulu Qarabəy kənd inzibati ərazi dairəsi tərkibindəki Ulu Qarabəy kəndi, Umudlu kənd inzibati ərazi dairəsi tərkibindəki Umudlu və Zəylik kəndləri.