Ağdərədə partlayış - yaralı var - Yenilənib

Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində 2025-ci il 10 iyul tarixində mina hadisəsi baş verib.

Ağdərədə partlayış - yaralı var - Yenilənib
Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində 2025-ci il 10 iyul tarixində mina hadisəsi baş verib.

Bu barədə meqale.com-a Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərindən məlumat verilib.

Bildirilib ki, 1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

---------

09:10

Ağdərədə mina partlayışı olub.

meqale.com xəbər verir ki, hadisə Ağdərə rayonu ərazisində qeydə alınıb.

Belə ki, Şıxarx qəsəbə sakini 1979-cu il təvəllüdlü Quliyev Qulu Tufan oğlu Həsənqaya ərazisində mal otararkən mina partlaması nəticəsində xəsarət alıb.

Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb olunduğu bildirilir.